MTN

Ramil Gachay's picture

"Ola bilər ki, MTN-də çalışan bir neçə nəfər cinayət edib..."

APA-ya istinadən məlumatına görə, bunu milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev deyib.

M.Quliyevin sözlərinə görə, ola bilər ki, MTN-də çalışan bir neçə nəfər cinayət edib və bu gün onların əməllərinə hüquqi qiymət verilir: "Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Ölkədə qanun şahdır, hər kəs cinayət edərkən bilməlidir ki, gec, ya tez əməlinə hüquqi qiymət veriləcək, o, cinayətinə görə cavab verəcək. Xalqımız hər zaman MTN-ə inanıb, bu gün də inanır".

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.