Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə sistemi xeyli müasirləşib, yeni məhkəmələr və məhkəmə təsisatları yaradılıb, hakimlərin seçimində ən şəffaf qaydalar tətbiq edilir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilərək bu məqsədlə məhkəmələrin yüksək statusuna uyğun infrastruktur yaradılır, müasirliyi və qabaqcıl İKT-lərin tətbiqi ilə fərqlənən yeni məhkəmə bina və komplekslərinin inşası aparılır.