Ənnağı Hacıbəyli

Əldə etmə müddəti. Ənnağı Hacıbəyli.

Əldə etmə müddəti

Ənnağı Hacıbəyli

 

Giriş. Əldə etmə müddəti mülki qanunvericilikdə, onun tətbiqi praktikasında, hətta nəzəriyyədə yeni institut sayılır. Ancaq onun yaşı Azərbaycanda indi qüvvədə olan MM-dən xeyli çoxdur. Kontinental hüquqda onun daha qədim tarixi var.

Qədim Roma hüququnda o, “Usucario” adlanırdı və daşınar əmlak üçün bir il, daşınmaz əmlak üçün 2 il müəyyən edilmişdi. Bunun üçün qanuni və ya vicdanlı sahiblik tələb olunmurdu. Yeganə məhdudiyyət əmlakın oğurlanmış və ya zorla ələ keçirilmiş əmlak olmaması idi.[1]

Köhnə MM-in qüvvədə olduğu vaxtlarda da mülki hüquq nəzəriyyəsində bu institut müddətlər və mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi ilə bağlı dartışma mövzularından biri idi. Lakin köhnə MM-də onun birbaşa nəzərdə tutulmaması onu daha çox nəzəri problemə çevirirdi.

Kassasiyanın hədləri. Ənnağı Hacıbəyli

Kassasiyanın  hədləri
 
Ənnağı Hacıbəyli
 
Ümumi qeydlər. Başlıq şərti və mübahisəli olsa da, onun nəyi bildirdiyi bir qədər sonra oxucu üçün aydınlaşacaq. Söhbət ondan gedir ki, kassasiya instansiyası məhkəməsi mülki işlərə, Konstitusiya Məhkəməsi (bundan sonra – KM) fərdi şikayətlərə baxarkən hansı məsələləri araşdıra, sonda nə məzmunda qərar çıxara bilər.
 
Bu məsələ həm qanunvericilik, həm də məhkəmə praktikası kontekstində çox mübahisəlidir və mütəxəssislərin fikrincə, Ali Məhkəmənin kassasiya qaydasında və KM-in fərdi şikayətlər üzrə çıxardığı qərarların təxminən 80 faizində (bəziləri iddia edir ki, hətta demək olar bütün qərarlarda) kassasiyanın hədləri barədə qanunvericiliyin tələbləri pozulur. Məhkəmələr səlahiyyət həddini aşaraq faktoloji məsələlərə baş vurur – işin hallarının sübut olunması, faktiki halların aydınlaşdırılması, sübutların qiymətləndirilməsi ilə məşğul olurlar.
 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.