Pedro Alonso Lopez

Pedro Alonso Lopez

Pedro Alonso Lopez (1948 - ) - kolumbiyalı manyak. Qinnes kitabında ən qəttar qatil kimi göstərilib.

Anası fahişə olmuşdur. Seksual həyatını 8 yaşında başladı və öz bacısı ilə cinsi əlaqəyə qirmişdi. Sonradan pedofilin evinə düşür, hansı ki, onu fahişəliklə məşğul olmağa məcbur edir.

Burda bütün bəşəriyyətə nifrət hissi onda oyanır. Həddi-büluğa çatandan sonra öz sahibini zorlayır və onun dərisini soyur. Bununla kifayətlənməyib öz keçmiş müştərilərini tapıb həmin hərəkətləri təkrarlayır. Dörd insanın qətlində təqsirli bilinən Pedro 8 il müddətində azadlıqdan məhrum edilir. 1975-ci ildə azadlığa çıxır. Peruya köçür və orada gənc kənd qızlarını zorlamağa başlayır. Bir qızı zorlamaq istəyəndə təsədüfən yaxalanır.

Dindiriləndə Alonso Lopez öz cinayətlərini etiraf edir və qurbanların dəfn etdiyi yerləri göstərir. 57 insanın qətlində təqsirli bilindi, lakın onun öz sözlərinə görə 300 insanın ölümündə günahkardır. Bir versiyaya görə 1988-ci ildə azadlığa buraxılıb, o biri versiyaya görə güllələnib.
Ən qəttar manyak kimi Qinnesin kitabında qeyd edilib.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.