Oktyabrın 25-dən 28-dək Almaniya Federativ Respublikasının Münhen şəhərində həmin şəhərin və Saksoniya federal torpağının Baş Prokurorluqları, Avropa Komissiyasının Qonşuluq və Danışıqlar üzrə Baş İdarəsi (TAIEX) tərəfindən prokurorlar üçün “Mütəşəkkil cinayətkarlıqla mübarizə” mövzusunda beynəlxalq forum keçirilmişdir.
Azərbaycan, Türkiyə, Almaniya, Böyük Britaniya, İspaniya və digər ölkələrin, eləcə də Avropa Şurasının nümayəndələrinin qatıldığı tədbirdə Münhen şəhərinin və Saksoniya federal torpağının Baş prokurorları mövzu ətrafında çıxış etmişlər.