sağlamlıq

AZƏRBAYCANDA COVID-19 PANDEMİYASINA QARŞI HƏYATA KEÇİRİLƏN TƏDBİRLƏR VƏ NAZİRLƏR KABİNETİNİN 2020-Cİ İL ÜZRƏ QƏRARLARI

Azərbaycan Respublkasında əhalinin sağlamlığının qorunması və COVID-19 (SARS-CoV-2) koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020 tarixli Fərmanına əsasən ölkəmizdə bu virusun törətdiyi və törədə biləcəyi ağır fəsadları önləmək və aradan qaldırmaq məqsədilə həm preventiv və profilaktik tədbirlər keçirilməktədir, həm də virusla aktiv mübarizə planı hazırlanıb tətbiq edilməktədir. Bu tədbirlər arasında hərəkət məhdudiyyətinin gətirilməsi, ölkədaxili və ölkənin xarici sərhədlərinin bağlanılması, xüsusi qoruma vəsaitlərindən istifadə edilməsi əhəmiyyətli yer almaqdadırlar. Beləcə Nazirlər Kabinetinin 30 mart 2020 tarixli qərarı ilə ilkin olaraq 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək zəruri xidmət sahələri istisna olnaqla digər fəaliyyət növləri dayandırıldı, insanların bir-biri ilə rabitə vasitələrinin istifadəsi olmadan ünsiyyəti və təması minimuma endirildi (https://nk.gov.az/az/document/4363/).

AZƏRBAYCANDA COVID-19 PANDEMİYASININ QANUNVERİCİLİYƏ TƏSİRİ VƏ İNSAN HÜQUQLARI PRİZMASINDAN DƏYƏRLƏNDİRİLMƏSİ

Ölkədə təsbit edildiyi ilk gündən etibarən ölkənin bir çox sahəsinə dərin təsir göstərən Covid-19 pandemiyası, hüquq sahəsinə də təsir göstərərək qanunvericilikdə bir sıra dəyişikliklərin həyata keçirilməsinə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə Cinayət Məcəlləsində yeni dəyişikliklər edilib və bu, əhalinin həm narahatçılığına səbəb olub, həm də həyata keçirilmiş dəyişikliklərin, həmçinin koronavirusa qarşı aparılan tədbirlərin insan hüquqlarına qarşı atılan addım ola biləcəyinə dair bir çox şəxsdə suallar meydana gətirmişdir. Aşağıda Qanunvericilikdə aparılan dəyişiklikləri, həyata keçirilən tədbirləri və bu tədbirlərin əsaslandığı qərarları təqdim edib, yerli və beynəlxalq qanunvericiliyə görə həmin dəyişiklik və tədbirləri insan hüquqları və ictimai səhiyyə prizmasından dəyərləndirəcəyik. Xatırladaq ki, qlobal pandemiyaya səbəb olan Covid-19 virusu, ilk olaraq, Çinin Vuhan əyalətində qeydə alınmışdır və SARS-Cov-2 ştammı ilə koronoviruslar ailəsinə daxildir. Bu virus üst tənəffüs yolları yetməzliyi, pnevmoniya və sair kimi ağır fəsadlara yol aça bilər.

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.