Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi ilə birgə əməkdaşlıq çərçivəsində “Ədalət Mühakiməsinin həyata keçirilməsi sahəsində Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Sistemi və Müdafiə Mexanizmi: Praktik tətbiqi və perspektivlər” mövzusunda seminar keçiriləcəkdir.
Seminarda Vəkillər Kollegiyasının sədri Anar Bağırov, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı Ofisinin İnsan Hüquqları üzrə Baş Müşaviri Vladimir Şkolnikov və digər şəxslərin çıxışları dinləniləcəkdir.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2019-cu il fəaliyyət planında Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarların keçirilməsi nəzərdə tutulur.
Bunu nəzərə alaraq, 16.04.2019-cu il tarixdə “Vergi Məcəlləsinə edilən son dəyişikliklər (hüquqi və iqtisadi istiqamətlərdə)” və 08.05.2019-cu il tarixdə “Bank hüququnun əsasları” mövzusunda növbəti seminarların keçirilməsi planlaşdırılır.