Şirvanşahlar
Qədim tarixə malik ölkəmizdə əsrlər boyunca müxtəlif xalqların birlik və bərabərlik halında yaşadığını görə bilərik. Nəinki, Azərbaycan, hətta dünya tarixində əhəmiyyətli yerə malik olan Şirvanşahlar dövlətində də multikultural ənənələr mövcud olmuşdur. Şirvanşahlar min ilə yaxın bir müddətdə Azərbaycanın şimal-şərq torpaqlarını idarə etmiş, tariximizin şanlı səhifəsinə izlər qoymuşlar.
Şirvanşahların hakimiyyəti dövründə bu ərazilərdə təxminən yarım milyona yaxın xalq yaşamışdır. Bu xalqın əsasını oğuz türkləri təşkil etsə də, bununla yanaşı Sasanilər dövründə burada məskunlaşan köklü fars ailələri, Qafqazda yaşayan müxtəlif xalqların nümayəndələridə ölkənin siyasi və ictimai həyatında əsas yer tuturdular.
Education - This is a contributing Drupal Theme
Design by
WeebPal.