zorlama
Samirənin köməksiz vəziyyətindən istifadə edərək, onu zorlayan Tələtin barəsində zərərçəkmiş şəxsin ərizəsinə əsasən cinayət işi başlanır və onun barəsində həbs qətimkan tədbiri seçilir. İşə məhkəmədə baxılarkən müdafiəçisinin köməyi ilə Samirə ilə nikahlarını qeydə aldırır. Tələtin təqsiri kifayət qədər sübuta yetirilsə də, evləndikləri üçün Samirə cinayət işinin icraatına xitam verilməsini tələb edir. Samirənin tələbi haqlıdırmı?
Sahib 14 yaşına çatmamış Səbinənin razılığı ilə uzun müddət sonuncuya qarşı əxlaqsız hərəkətlər etdikdən sonra Səbinəni zorladığına görə ona qarşı CM-nin müvafiq maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət işinə məhkəmədə baxılarkən, zərər çəkmiş şəxsin valideynləri iş materiallarına onların ailə sirlərini açıqlayan sübutları əks etdirən sənədlərin əlavə olunduğunu əsas gətirərək, həmin sənədləri qapalı məhkəmə iclasında tədqiq edilməsini hakimdən xahiş etməsinə baxmayaraq, vəsatəti təqsirləndirilən şəxs və onun müdafiəçisi rədd edilməsini təklif edirlər. Hakim onların xahişini təmin etmir. Hakimin qərarı qanunidirmi?
A.Sürüşkənova yeni il bayramında qonaq kimi, tanışları ilə birlikdə bayram keçirdirdi. İçdiyi şərabdan özünü pis hiss etmiş divana uzanıb yatmışdır. R.Yumurmamiyev A.Sürüşkənovanı onunla cinsi əlaqəyə girməyə təklif etdi və qızın razılığını aldı. İki gündən sonra Sürüşkənovanın valideynləri hadisə barədə xəbər tutdular və prokurora ərizə ilə müraciət etdilər. Öz müraciətlərində Yumurmamiyevi cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirdilər. Tövsif edin.
Sahib 14 yaşına çatmamış Səbinənin razılığı ilə uzun müddət sonuncuya qarşı əxlaqsız hərəkətlər etdikdən sonra Səbinəni zorladığına görə ona qarşı CM-nin müvafiq maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət işinə məhkəmədə baxılarkən, zərər çəkmiş şəxsin valideynləri iş materiallarına onların ailə sirlərini açıqlayan sübutları əks etdirən sənədlərin əlavə olunduğunu əsas gətirərək, həmin sənədləri qapalı məhkəmə iclasında tədqiq edilməsini hakimdən xahiş etməsinə baxmayaraq, vəsatəti təqsirləndirilən şəxs və onun müdafiəçisi rədd edilməsini təklif edirlər. Hakim onların xahişini təmin etmir. Hakimin qərarı qanunidirmi?
Şamil sərxoş halda Zəhranı zorladığına görə barəsində CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və o, təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qanunla müəyyən edilmiş həbsdə saxlama müddəti başa çatdığı Üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Şamilin həbsdə saxlama müddətinin daha 2 aya qədər uzadılması barədə məhkəməyə təqdimat göndərir. Məhkəmə isə Şamilin həbsdə saxlama müddətinin uzadılmasından imtina edir və bu barədə müvafiq qərar çıxarır. Məhkəmənin bu qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror protest verir. Prokurorun qərarı qanunidirmi?
Education - This is a contributing Drupal Theme
Design by
WeebPal.