Yeni tikilən binalardan mənzil alarkən

Ramil Gachay's picture

Hal-hazırda Azərbaycanda, xüsusilə Bakı və Suqayıt şəhərlərində surətlə yeni binalar ucaldılır. Bəziləri, vətəndaşlar üçün güzəştli şərtlərlə mənzillər təklif edir. Tikinti prosesi dövlət  qurumlarının nəzarəti altında həyata keçirilir, ona görə də tikinti işləri müəyyən stardartların çərçivəsində keçirilməsi təmin olunur. 

Amma yenə də insanlar problemlərlə üzləşir. Əvvəlcədən detallara fikir verməyərək, sonradan peşmançılıq çəkirlər. 

Mənzil alarkən müəyyən hüquqi məsələlərə diqqət yetirmək lazımdır. Belə ki, müvafiq tikinti-quraşdırma  və layihələndirmə  işləri görmək üçün lisenziya tələb olunur və siz həmin lisenziya ilə tanış olmalısınız. Həmin binaların işıq, su, qaz ilə bağlı müvafiq dövlət qurumu tərəfindən təsdiq edilmiş texniki şərtlər olmalıdır. FHN tərəfindən müvafiq qaydada rəy verilməlidir. 

Mənzil alarkən müqaviləyə diqqət yetirin. Müqavilə şərtləri ağır ola bilər. Misal üçün elə şirkətlər var ki, dəbbə pulunu çox yüksək edir (eləsi var idi ki, hər gecikdirilmiş gün üzrə 630 manat pul hesablayır). Həmçinin Fors Major (fövqaladə vəziyyətlər və s.) müddəalasına diqqət yetirin, bəzi şirkətlər bu müddəaya təhlükəli şərtlər əlavə edir. Misal üçün mənzilin qiymətini manatın məzənnəsi ilə bağlayır və qiyməti sərbəst və birtərəfli artırmaq hüququnu şirkətə verir.

Daha sonra kommunal xərclərlə bağlı problemlər yaranır. Bir qayda olaraq su, qaz, işıq ilə bağlı ödənişlər müvafiq olaraq Azərsu, Azəriqaz (SOCAR), Bakıelektrikşəbəkəyə (yəni müvafiq səlahiyyətli qurumlara) verilməlidir. Bununla bağlı bir aydınlıq artıq gətirilib. Amma bəzi xərclər dövlət tərəfindən tənzimlənə bilmir. Misal üçün: təmizlik, lift, təhlükəsizlik və s. Tikinti şirkətlər bu məsələlər üzrə müqavilə bağlamaqdan yayınır və mütamadi olaraq bu xidmətlərin qiymətini artırır. Buna görə imkanınız varsa bununla bağlı müqavilə bağlayın və kommunal üzrə xərclərinizi tənzimləyin.

Növbəti dəfə bu mövzunu inkişaf edərik...

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.