Avraam Linkoln (1809-1865) Baxmayaraq ki, Avraam Linkoln Birləşmiş Ştatların 16-cı Prezidenti kimi tanınır, o həmçinin tanınmış bir vəkil kimi də fəaliyyət göstərmişdir. Kentukki ştatında təhsilsiz fermerlərin ailəsində doğulan, Linkoln New Salemə,İllinoysa yollanır, harda ki o müvafiq muzdlu işlərdə çalışır və qanunvericiliyi öyrənir. 1836-cu ildə imtahanları müvəffəqiyyətlə keçir və vəkil kimi fəaliyyətə başlayır. 1837-ci ildə “Stuart və Linkoln” firmanın həmtəsisçisi olur. Linkoln həm yerli qanunvericik orqanın (İllinoys) üzvü, həm vəkil kimi fəaliyyət aparırmışdır.
Tez bir zamanda İllinoysda çox tanınmış vəkillərə çevrilir. Vəkil olduğu müddət ərzində bir çox işlərdə iştirak edib: tibb xidməti göstərərkən sui-istifadələrə yol vermə, korporativ hüquq pozuntuları, qətl, böhtan, dələduzluq və digər məhkəmə işləri. Çox vaxt imkansız ailələlərdən qonorar almırdı. “İllinoys Sentral” dəmir yolunun hüquqşünası olmuşdur. Sayca 5100 məhkəmə işlərində iştirak edib, onlardan 400 Ali Məhkəmədə. Keçmişə baxarkən, görünür ki, 20 ildən artıq vəkillik təcrübəsi ona siyasətdə kifayət qədər ustalıqla iş görməyə kömək etmişdir. Onun geniş natiqlik bacarıqları cəmiyyətdə baş verən proseslərə təsir göstərməyə imkan verirdi.