5 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhərinin 189 saylı orta məktəbinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir.
Həmin ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin Universiteti bitirmişdir.
1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə qəbul olunub. Əvvəlcə məsləhətçi, sonradan baş məsləhətçi vəzifəsində işləmiş, 1985-ci ildən isə şöbə rəisi vəzifəsində çalışmışdır.
1990-cı ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə seçilmiş və 2000-ci ilədək həmin vəzifədə çalışmışdır.
2000-ci ilin sentyabr ayında ölkədə ilk dəfə yaradılmış Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Sədr müavini vəzifəsinə təyin olunmuşdur.
25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası ədalət mühakiməsinin həyata keçirilməsində iştiraki ilə yanaşı və bir sıra qanunvericilik və digər aktların hazırlanmasında iştirak etmişdir.
Hüquq elmləri doktorudur.
Pedaqoji və elmi fəaliyyətlə məşğul olur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2009-cu il tarixli Sərəncamı ilə «Əməkdar hüquqşunas» Fəxri adı verilmişdir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.
Ailəlidir, iki övladı var