Jak Verjes (fr. Jacques Vergès; 5 mart 1925 — 15 avqust 2013) — fransız-vyetnam əsilli vəkil. "Şeytanın vəkili" ləqəbi ilə tanınıb.
Jak Siamda doğulub, fransız konsulun ailəsində (hansı ki, vyetnam qızı ilə ailə qurmuşdur). Jak Verjesin qardaşı Pol Verjes sonradan məşhur siyasətçi olmuşdur.
Paris Universitetində hüquq təhsilini almışdır. İkinci dünya müharibəsində iştirak etmişdir. Müharibədən sonra vəkillik fəaliyyəti ilə məşğul olur.
1950-ci illərin sonunda terrorizmdə ittiham olunan Əlcəzair Milli Qurtuluş Cəbhəsinin üzvlərini müdafiə etməklə dünyada tanınmışdır. Belə ki, Cəmilə Buxiredin (adamla dolu fransız kafesini partlatmışdır) vəkili olmuşdur, Cəmilə ölüm cəzasına məhkuç edilmişdir, lakın Verjesin müdaxiləsindən sonra, o bəraət qazanmışdır və daha sonra azadlığa buraxılmışdır. Cəmilə Buxired Verjesin həyat yoldaşı olmuşdur.
Daha sonralar M.Çombenin, Karlosun (Çaqqal), A.Nassaşenin, Klaus Barbyenin, Slobodan Miloşeviçin vəkili olmuşdur. Öz xidmətlərini Səddam Hüseynə də təklif etmişdir, lakın, onun ailəsi razı olmamışdır. Verjes Pol Potun yaxın dostu kimi tanınır.
O bəyan etmişdir: "Mən hətta Buşu müdafiə edərəm! Əgər o, öz təqsirini qəbul etməyə razılıq versə."