Koni Anatoliy Fyodoroviç (1844 - 1927) - məşhur rus hüquqşünası, ictimai xadim və ədəbbiyatçı, həqiqi məxfi müşavir
1865-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Məhkəmə islahatları keçirilən zaman Sankt-Peterburq məhkəmə palatasına katib köməkçisi vəzifəsinə keçmişdir, 1867-ci ildə Moskva məhkəmə palatasının Rovin dairə məhkəməsinin prokurorun katibi olmuş, həmin ildə Sum dairə məhkəməsinin prokurorun yoldaşı (tovariş) sonra da Xarkov dairə məhkəməsində çalışmışdır. 1870-ci ildə Kazan dairə məhkəməsinin prokuroru olmuşdur. 1875-ci ildə Ədliyyə Nazirliyi departamentinin vise-direktoru, 1877-ci ildə Sankt-Peterburqun dairə məhkəməsinin sədri, 1891-ci ildə cinayət-kassasiya senat departamentinin senatoru.