Melvin Muron Belli

Bioqrafiya: 

Melvin Muron Belli (1907 – 1996) - məşhur amerikalı hüquqşünas, "Sazişlər kralı", tənqidçilər tərəfindən isə "Mübariz Melvin" kimi tanınır
Ali təhsilini Berkli, Kaliforniya Universitetində almışdır. Onun çoxlu kitablarından biri "Müasir sınaqlar" (5 cild) sübutların təqdim etmə sahəsində klassik dərslik kimi qəbul olunur. Qrafik sübutların və şahid-ekspertlərin məhkəmədə təqdim edilməsi ümumi hüquq təcrübəsinə daxil olub.
Çox vaxt onu "özündən razı" adlandırırdılar, çünki özünü çox tərifləyirdi. Melvin deyirdi: "Ola bilsin ki, məndən yaxşı hüquqşünas var, amma o vaxta kimi onunla məhkəmədə çəkişməmişik".
Melvinin çoxlu ulduz-müştəriləri olmuşdur, o cümlədən Za Za Qabor, Errol Flinn, Məhəmməd Əli, Sirhan Sirhan, Çak Berri, Rolinq Stounz, Cim Baker, Tami Fey Baker, Marta Mitçel, Lana Terner, Toni Kertis, Mey Uest. Öz vəkil karyerası dövründə məhkəmə çəkişmələrində 600,000,000 dollar qazanmışdır.

Təhsil: 
Berkli, Kaliforniya Universiteti

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.