Rüstəm Sabir oğlu Usubov
Bioqrafiya:
Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
1954-cu il oktyabrın 4-də Gəncə şəhərində anadan olmusdur. 1982-ci ildə Tomsk Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, 1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunun boyük müstəntiqi, Respublika Prokurorluğunun Istintaq idarəsinin prokuroru, Bas prokurorun yanında xüsusilə mühüm işlər uzrə müstəntiqi, boyük müstəntiqi, Respublika Prokurorluğu Istintaq idarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı şəhər prokurorluğunun Istintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi prokurorluğun Istintaq idarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi vəzifələrində işləmişdir.
12 avqust 2005-ci il tarixdən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavinidir.
ll dərəcəli dovlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Baş Prokurorluğun Ali Attestasiya Komissiyasinin sədridir.
Ailəlidir, üç övladı var.
Təhsil:
Tomsk Dövlət Universitetinin hüquq fakültəsi
Education - This is a contributing Drupal Theme
Design by
WeebPal.