Xanlar Rüstəm oğlu Vəliyev

Bioqrafiya: 
Azərbaycan Respublikası Baş prokurorunun müavini -  Azərbaycan Respublikasının Hərbi prokuroru 
 
1955-ci il martın 15-də Yevlax şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq, 1985-1993-cü illərdə Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləmiş, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olmuşdur.

10 fevral 2005-ci il tarixdə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmişdir.

Ədliyyə general-leytenantı ali hərbi rütbəsindədir. Hüquq elmləri namizədidir.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni, 22 iyun 2006-cı il tarixli Fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı və digər medallarla təltif edilmişdir.

Ailəlidir, üç övladı var.

Təhsil: 
Bakı Dövlət Universitetinin hüquq fakültəsi
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.