Xoyski Fətəli Xan

Bioqrafiya: 

Xoyski Fətəli Xan İskəndər Xan oğlu (1875-1920) - hüquqşünas, Azərbaycan Demokratik Respublikası hökumətinin başçısı, ADR-in Daxili İşlər Naziri (28.05.1918 – 17.06.1918), ADR-in Xarici İşlər Naziri (26.12.1918 - 14.03.1919) (24.12.1919 - 01.04.1920)
Fətəli Xan Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Atası rus ordusunun general-leytenantı idi.
O, Gəncə klasik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir (1-ci dərəcəli diplom ilə 1897-ci ildə). Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləmişdir. Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olmuşdur.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.