01.06.2016 tarixində Topçubaşov Məhkəmə Müsabiqəsinin Final mərhələsi baş tutacaqdır.

Ramil Gachay's picture

01.06.2016 tarixində Topçubaşov Məhkəmə Müsabiqəsinin (2015-2016) Final Raundu baş tutacaq. Final Azərbaycan Respublikasının Ali Məhkəməsində keçiriləcək və saat 12:00-da başlayacaq.

Müsabiqə iştirakçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Milli Aviasiya Akademiyasında təhsil alan hüquq tələbələri idi. Həmin iştirakçılar əsasən Mülki və Əmək hüquqlarına aid məsələlərdən ibarət Müsabiqə işinə öncə iddia brifləri yazmış, hakimlərin qiymətləndirməsinə görə iddia briflərindən ən yaxşı nəticə göstərən komanda Müsabiqənin Seçim Raundunu  İkinci Mərhələsinə keçmiş komandalar Şifahi Çəkişmələrdə iştirak etmiş və Seçim Raundunun ümumi nəticələrindən ən yaxşı nəticə göstərən 4 (dörd) komanda Yarım-Final Raundunun Şifahi Çəkişmələrində iştirak etmiş və burdan da ən yaxşı nəticə göstərən 2 (iki) komanda Final Raunduna keçid haqqı qazanmışdır. Həmin komandalar “Fətəli xan Xoyski” (iddiaçı) və “İsmayıl bəy Ziyadxanlı” (cavabdeh) komandalarıdır.

Final mərhələsinin hakimləri Baker & McKenzie CIS beynəlxalq hüquq şirkətinin Bakı ofisində partnyor Altay Mustafayev, Kapital Bankın Hüquq Departamentinin direktoru Emin Kərimov, ADA Universiteti İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin Dosenti Rəşad İbadov, Dentons beynəlxalq hüquq şirkətinin Bakı ofisində hüquqşünas olan Sona Tağıyeva və Apex Advisors hüquq şirkətinin qurucusu Nazlı Əhmədova olacaq.

Yuxarıda göstərilən tarixdə və yerdə Final Raundu baş tutacaq. İştirak sərbəstdir.

http://moot.bsulawss.org/2015-2016-final-round-announcement/

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.