Milli Məhkəmə Müsabiqəsi

Ramil Gachay's picture

ELSA Azərbaycan tərəfindən keçirilәn Azәrbaycan Respublikasının Qanunvericiliyi üzrə Sәhnәlәşdirilmiş Mәhkәmә Müsabiqәsinә qeydiyyat artıq başlamışdır. Milli Mәhkәmә Müsabiqәsinin keçirilməsində məqsəd hüquq tələbələrinin hüquqi biliklərini praktiki təcrübə ilə birləşdirərək hüquqşünas kimi yetişmələrinə dəstək olmaqdır. Milli Mәhkәmә Müsabiqәsi sayәsindә tәlәbәlәr Azәrbaycan Respublikasının qanunvericiliyinә әsaslanaraq müxtәlif kazuslar üzәrindә çıxışlar quracaqlar, beynәlxalq normativ-hüquqi aktların milli qanunvericiliklә uzlaşmasını vә Azәrbaycan Respublikasının mәhkәmә sisteminin әsaslarını öyrәnәcәklәr.
Müsabiqә 3 turdan ibarәt olacaq vә hәr tur mәhkәmә instansiyalarını (1-ci instansiya, apellyasiya, kassasiya) özündә ehtiva edәcәk. Müsahibədə iştirak edən komandaların sayından asılı olaraq, Təşkilat Komitəsinin qərarına əsasən mərhələlərin sayı 4-ə qaldırıla bilər. İştirakçılar çıxışlarını hәr tur üçün fәrqli kazus (cinayәt işi, mülki iş vә inzibati iş) üzәrindә quracaqlar. Çıxışlarını qurmaq üçün, elәcә dә Mәhkәmә Müsabiqәsinә hazırlıq mәqsәdi ilә tәlimlәr tәşkil olunacaq. Tәlimlәr professional hüquqşünaslar tәrәfindәn tәlәbәlәrin daha çox bilik әldә etmәlәri üçün keçirilir.

İştirakçılara qoyulan tələblər:
1. 28 yanvar 23:59 tarixinədək qeydiyyatdan keçməlidirlər;
2. Müsabiqədə yalnız bakalavr (2-ci və daha yuxarı kurslar) və magistr pillələri üzrə təhsil alan hüquq tələbələri iştirak edə bilər;
3. Komanda 2 nәfәrdәn ibarәt olmalıdır. Komandanı yaradanda və qeydiyyatdan keçəndə nəzərə alın ki, ötən illərdə Milli Mәhkәmә Müsabiqәsinin yarımfinal vә final mərhələlәrindә iştirak etmiş komandalar eyni tərkibdə müsabiqәyә qatıla bilmәz.

C Ə D V Ə L
16.12.2018 - Yarışmanın elan olunması
28.01.2019 - Qeydiyyat üçün son tarix
30.01.2019 - Qeydiyyatdan uğurla keçmiş şəxslərə təsdiq e-mailinin göndərilməsi və müsahibəyə çağırılması
01.02.2019 - Müsahibә
07.02.2019 - Proseslərdə iştirak haqqı qazanan ən yaxşı 8 komandanın elan olunması
16-17.02.2019 - Tәlimlərin keçirilməsi
18.02.2019 - İştirakçılara materialların və ilk mәrhәlә üçün kazusun göndərilməsi
24.02.2019 - 1/4 final. Ən yaxşı 4 komandanın müəyyən olunması
03.03.2019 - 1/2 final. Ən yaxşı 2 komandanın müəyyən olunması
10.03.2019 - Final. Qaliblərin elan olunması

MÜKAFATLAR:
1-ci yer – 500 AZN və Vəkillər Kollegiyasında təcrübə keçmək şansı;
2-ci yer – 250 AZN;
3-cü yer – 100 AZN.

QEYDİYYAT:
Qeydiyyat üçün son tarix - 28.01.2018, saat 23:59

Qeyd: Müsahibә mәrhәlәsindәn uğurla keçmiş tələbələr ELSA Azərbaycanın üzvü olmadığı təqdirdə hər biri 10 AZN iştirak haqqı ödəməli olacaq.

Hər hansı sualınız olarsa, mootcourts@az.elsa.org ünvanına müraciət edə bilərsiniz.

Qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLSeEsQtuhE1Y0UVsHSu7LvTFdEilzEJa...

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.