Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Oktyabrın 1-dən qüvvəyə minmiş Mülki Prosessual qanunvericiliyə edilmiş dəyişikliklər” mövzusunda ixtisasartırma təlimləri təşkil edilir.
Təlimlər cari ilin 11 və 18 oktyabr (saat 11:00-12:00) tarixlərində onlayn qaydada keçiriləcəkdir. Təlimdə təlimçi qismində Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev iştirak edəcəkdir.