Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında və Siyəzən Müalicə diaqnostika Mərkəzində yoxlamalar aparılarkən kobud qanun pozuntularına yol verilməsinin müəyyən edilməsi ilə əlaqədar toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə məlumatlar yayılmışdır.