“Tərtər işi” hələ də ictimaiyyətin gündəmindədir. Üzərindən 4 il keçməsinə baxmayaraq, hərbi cinayət barədə yeni ittihamlar, iddialar və fərqli versiyalar ortaya atılır. İctimaiyyət isə baş verən hadisə ilə bağlı həqiqətləri öyrənmək istəyindədir.
Həmin vaxt Respublika Hərbi Prokurorluğunda ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin böyük müstəntiqi, “Tərtər işi”ndə istintaq əməliyyat qrupunun üzvü hazırda Tərtər Hərbi Prokuroru vəzifəsində çalışan Hümmət Məmmədov sözügedən hadisə ilə bağlı Bizim.Media-nın suallarını cavablandırıb.