Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs edilmiş “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun məhkəməsi davam edir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda R.Məmmədov sərbəst ifadə verib.
R. Məmmədov bildirib ki, “Xural” TV-nin rəhbəri Əvəz Zeynallı onu dəfələrlə hədələyib: “Bu gün də mənim ailəmə qarşı eyni şeyi edir. Əvəz cinayətkardır. Uzun illər məndən rüşvət tələb edib. Əvəz məndən Türkiyə xüsusi xidmət orqanlarına şikayət edib”.