16.02.2022-ci il tarixdə “Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi: illik hesabat və mövcud problemlər” mövzusunda geniş tərkibdə onlayn qaydada iclas keçirilmişdir. Vəkillər Kollegiyası Rəyasət Heyəti və İntizam Komissiyasının üzvlərinin, 100-dən çox vəkil bürosunun rəhbərinin iştirak etdiyi iclasda 2021-ci il ərzində dövlət büdcəsinin vəsaiti hesabına göstərilən hüquqi yardım işinin təhlili, bu sahədə mövcud olan problemlər müzakirə olunmuşdur.