AIJurium - это шотландская инициатива, посвящённая практическим вопросам права и управления искусственным интеллектом. Платформа публикует...
18 iyulda Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzaladı.
Konstitusiyaya mühüm dəyişikliklər ediləcəkdir.
Belə ki, Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikası Milli Məclisinin buraxılması səlahiyyəti veriləcək (maddə 98-1).
Azərbaycan Respublikasının vitse-prezidentləri vəzifələri yaranır.
Bundan sonra, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edəcək.
Mülkiyyət hüququ ilə bağlı müddəalar əlavə edilib (maddə 29):
“V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”.
Hərbi qulluqçular kollektiv yazılı müraciətlər göndərmək hüququ olmayacaq (maddə 57).
Hüquqlardan sui-istifadəyə yol verilməyəcək (maddə 24).
Prezident olmaq üçün yaş limiti aradan qaldırıldı (hal-hazırda 35 yaş tələb olunur). Prezident 7 il müddətinə seçiləcək (hal-hazırda 5 il).
Həmin Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəy verməlidir.
Həmin sənədlə burda tanış ola bilərsiniz: http://dejure.az/az/legislation/azrbaycan-respublikasinin-konstitusiyasi...