İyunun 30-da “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin payız semestri üçün xaricdə doktorantura təhsilinə sənəd qəbuluna start verilir.
Sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
Proqram prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulmuşdur. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
Müraciət üçün son tarix 31 iyul 2021-ci il müəyyən edilmişdir.
Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə keçid vasitəsilə tanış olmaq mümkündür: http://dp.edu.az/az/content/62
Məlumat üçün bildiririk ki, “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üzrə növbəti qəbulların vaxtı artıq müəyyən olunmuşdur:
1-ci qəbul: fevral – aprel
2-ci qəbul: iyul-sentyabr
Video-çarxın linki: https://www.facebook.com/stateprogramme/videos/851555228776512/
Xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün Proqrama dair məlumatın daha əlçatan olmasının yollarını öyrənmək məqsədilə hazırlanmış sorğunu 24.12.2021-ci il tarixinədək doldurmağınızı xahiş edirik: https://docs.google.com/forms/d/19k7jeB_Gqoqu2sQAmIEPlqLZ3FrDD60w-wx8Ox_...