“2023-cü il ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətində 186 intizam işinə baxılıb. 12 nəfər vəkilin fəaliyyəti, onların üzvlükdən azad...
İyunun 30-da “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin payız semestri üçün xaricdə doktorantura təhsilinə sənəd qəbuluna start verilir.
Sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
Proqram prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulmuşdur. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir. 2022-ci il ərzində həyata keçiriləcək sənəd qəbulunun tarixləri:
1-ci sənəd qəbulu: fevral - aprel;
2-ci sənəd qəbulu: iyul - sentyabr.
Ətraflı məlumat: https://dp.edu.az/az/news/1261#.YajQotBBzIW