Amerikada yerləşən hüquq məktəbi - Çikaqo-Kent Hüquq Kolleci Amerika Hüquq Məktəbi ilə birlikdə azərbaycanlı hüquqşünaslar üçün 100% və 75%-lik təhsil təqaüdlü iki əlaqəli proqram elan edir:
• Tbilisi, Gürcüstan Respublikası Amerika Hüquq Məktəbinin Proqramı və• ABŞ, İllinoys, Çikaqoda Çikaqo-Kent Hüquq Kollecində tədris edilən bir-semestrlik LL.M dərəcəsi proqramı
SAL proqramı Tbilisi, Gürcüstanda iki semestri ehatə edir: Sentyabr-Dekabr (birinci semestr) və Yanvar – May (ikinci semestr). İki semestrdən ibarət olan proqram ingilis dilində tədris olunan on icbari fəndən ibarətdir və yalnız ABŞ-dan gəlmiş, Çikaqo-Kent Kollecinin professorları tərəfindən tədris olunur: Beynəlxalq Biznes Əməliyyatları, E-ticarət, Onlayn Şəkildə Müqavilə Bağlanması, Antiinhisar Hüququ, Əqli Mülkiyyətin İdarəedilməsi, Əqli Mülkiyyət Hüququ, Qiymətli Kağızlar Hüququ, Qlobal Əqli Mülkiyyət Hüququ, Əmtəə Nişanı Hüququ, Müqayisəli Hüquq, Amerika Hüquq Sistemlərinə Giriş və Hüquqi Yazı. Hüquq fənlərinin dəqiq başlıqları və proqramı dəyişdirilə bilər.