Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə

Azərbaycan Respublikası 1 saylı 

 Bakı Yerli İqtisad Məhkəməsinə

 

İş üzrə cavabdeh: «Təşkilatın adı» MMC tərəfindən

 

 

Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə

 

ƏRİZƏ

 

«_____________» Müəssisəsi tərəfindən 1 saylı Yerli İqtisad Məhkəməsinin qəbul etdiyi iddianın təmin edilməsi barədə 29.03.2006-cı il tarixli ________________ qərardaddan şikayət verildiyi zaman MPM-nin 268-ci maddəsi ilə qərardaddan şikayət verilməsi ilə müəyyən edilmiş 10 günlük prosessual müddət buraxılmışdır ki, bunun da səbəbi « Təşkilatın adı» MMC-nin rəhbərinin müəyyən müddət ərzində Bakı şəhərində olmaması ilə izah olunur.

Bu səbəbdən də « Təşkilatın adı» MMC tərəfindən sözügedən qərardaddan şikayət vaxtında verilməmişdir.

Hesab edirik ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir.

Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinə əsasən məhkəmədən,

 

     Xahiş edirik:

 

Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin qəbul etdiyi 29 mart 2006-cı il tarixli _____________saylı qərardaddan şikayət verilməsi üçün MPM-nin 268.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddətin « Təşkilatın adı » EİM tərəfindən buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış prosessual müddət bərpa edilsin.

 

«Təşkilatın adı» MMC-nin direktoru

R.Flankəsov

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.