Hüquqi şəxsin qoşulması barədə qərar

Növ: 

 

“Second gate” MMC-nin “First leader” MMC-yə qoşulması şəklində “First leader” MMC-nin yenidən təşkil olunması barədə Təsisçinin

 

№ 001

QƏRARI

 

 

Bakı şəh.                                                                                            “___” ________ 2014-cil il

 

 

QƏRARA ALIR:

 

  1. “First leader” məhdud məsuliyyətli cəmiyyəti “Second gate” MMC-nin (hüquqi ünvan: ___________, _______________ nömrəli _________________ il tarixli Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır) ona qoşulması şəklində yenidən təşkil edilsin.
  1. Yenidən təşkil olunan “First leader” MMC hüquq varisliyi qaydasında qoşulan “Second gate” MMC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürsün.
  1. Qoşulan “Second gate” MMC-nin nizamnamə kapitalı qoşulma zamanı “First leader” MMC-nin nizamnamə kapitalına konvertasiya edilmədən ödənilsin.
  1. “First leader” MMC-nin nizamnamə kapitalı, payların miqdarı və dəyəri “Second gate”  MMC-nin ona qoşulması ilə “First leader” MMC-nin yenidən təşkili zamanı dəyişmədən mövcud səviyyədə qalsın.  
  1. Müəyyən edilsin ki, “Second gate” MMC-nin nizamnamə kapitalının 100%i “First leader” MMC-yə məxsus olduğu üçün “Second gate” MMC-nin qoşulması və təhvil aktının təsdiq edilməsi barədə qərarı “First leader” MMC-nin direktoru qəbul etsin.
  1. Tapşırılsın “First leader” MMC-nin Baş direktoruna “Second gate” MMC-nin “First leader” MMC-yə qoşulması ilə bağlı bütün zəruri tədbirləri həyata keçirsin və “First leader” MMC-nin yenidən təşkil olunması barədə qərarı aidiyyəti qurum və təşkilatların nəzərinə çatdırsın.     
  1. Bu Qərar “First leader” MMC-nin rəhbərliyinin nəzərinə çatdırılsın.

 

“First leader” MMC-nin Təsisçisi

Direktor                                                                              

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.