Hüquq
- Bilavasitə dərk edilən, dərinin hüdudları və ya daha dəqiq serebral əsəb sistemindən çıxan ən qıraq sonluqlarla ilə məhdudlaşır. Bu hüdudların kənarında yerləşən dünya barədə yalnız bizim beynimizdə əks olunan simalar vasitəsilə bilirik. Sual ondadır ki, bu simalar bizdən asılı olmayan mövcud dünyaya uyğun gəlir mi və nə qədər uyğun gəlir (Artur Şopenqauer).
- Həkim insanı onun bütün zəifliyində, hüquqşünas onun bütün alçaqlığında, teoloq onun bütün sarsaqlığında görür (Artur Şopenqauer).
- Faktlar vəkilin nəzəriyyəsini təsdiq etmədiyi təqdirdə onlardan vaz keçmək lazımdır
- Təbiət boşluğa dözmür: harda ki, insanlar həqiqəti bilmirlər, boşluqları uydurmalarla doldururlar (Bernard Şou)
- Kimsə üçün səhvdirsə, o birisinə iddia ərizəsinin tərtib edilməsi üçün ilkin dəlillər mənbəyidir.
- İnsanların sözlərinə inanın, əgər onlar imza və möhürlə təsdiqlənmişdirsə.
- Hər ədəb-ərkanlı vəkil düşmənini tutdurmalıdır, bankda hesab yetişdirməlidir və presedent yaratmalıdır.
Cinayət hüququnun bəzi fəlsəfi müddəaları haqqında
F.Y.Səməndərov
Bakı Dövlət Universiteti
Təqdim edilən məqalədə cinayət hüququnun bəzi fəlsəfi müddəalarına toxunulur. Xüsusən fəlsəfi mövqedən cinayət və cəza anlayışlarından, cəzanın tətbiqində "ölçü" kateqoriyasının, cəzanın sisteminin müəyyən edilməsində sistemin fəlsəfi anlayışının müddəalarından bəhs edilir.
Cinayət hüquq elminin tədqiqatının uğurları onun digər elm sahələri ilə inteqrasiyasından, xüsusən fəlsəfənin qanun və kateqoriyalarından irəli gələn müddəalara düzgün riayət edilməsindən asılıdır.
Cinayət hüququnun fəlsəfəsi – cinayət və cəza haqqında, cinayət məsuliyyətinin əsasları haqqında – rəsmi dövlət hakimiyyətindən asılı olmayaraq obyektiv ideyaların yaranmasından başlayır.
Səhifələr
Education - This is a contributing Drupal Theme
Design by
WeebPal.