İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə 15 mart – Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Gününə həsr edilmiş “İstehlakçı hüquqlarının müdafiəsində ictimai nəzarət və ictimai təşkilatların rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə dövlət qurumlarının, QHT və KİV-lərin nümayəndələri iştirak etmişlər.