köçürülmə

Hüququn “köçürülməsi”

Son zamanlar bir çox həmkarlarımdan bizim qanunvericiliyin digər ölkələrdən "köçürülməsi" (xüsusən Rusiyadan) barədə gileyli fikirlərə rast gəlirəm.

Ilk olaraq ondan başlayım ki, hüquq elminin "legal transplants" adlı bir istiqaməti var və alimlər nəyinki tək "hüququn köçürülməsini" hətta onun necə, nə vaxt və harada olunmasını yazırlar. 
Birdə ki "comparative law" (müqayisəli hüquq, və ya daha doğrusu hüquqların müqayisəsi) istiqaməti məhz müxtəlif ölkələrin hüquqlarının, fərqli hüquq sistemlərinin müqayisəli öyrənilməsindən formalaşıbdır.

İkinci, istənilən bir normanı yazanda, implementasiya edəndə ilk növbədə "best praktice" axtarılır, öyrənilir. Bu işin nə qədər keyfiyyətli görülməsi artıq mövcud resurslardan asılıdır və bu resurslar heç tək maddi deyil. İnsan, bilik, təcrübə və s.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.