qaimə

Elektron qaimə-fakturalar və anlaşılmamazlıqlar. Hüseynsoy Nail

Məhkəmələrdə tez-tez rastlaşdığım anlaşılmamazlıqlardan biri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturaların tətbiqi, uçotu və istifadəsi” Qaydalarında qeyd olunanların birmənalı qəbul edilməməsi, daha doğrusu, yanlış anlaşılmasıdır. Bir çox hallarda hakimlər bir tərəfin (xidmət göstərən və ya mal satan tərəfin) məhkəməyə təqdim etdiyi elektron qaimə-fakturanı məcburi ödəniş sənədi kimi qəbul edərək, digər tərəfin ödəniş etməsi barədə qətnamə qəbul edir. Belə qətlərini onunla əsaslandırırlar ki, həmin sənəd barəsindəki qaydalara görə, elektron qaimə-fakturalara, alıcı və ya xidmətləri qəbul edən tərəf, beş gün ərzində öz etirazını bildirmədikdə, sənəddə yazılanlarla razılaşmış sayılır.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.