rəy

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tətbiqi üzrə bəzi məsələlərə dair “Amicus curiae” Rəy, Əliyev Qaya.

Məlum olduğu kimi, Ali Məhkəmənin Mülki Kollegiyasının ayrı-ayrı məhkəmə tərkibləri arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tətbiqi ilə bağlı fərqli hüquqi yanaşmaların mövcud olduğu nəzərə alınaraq, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmiş, bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları yazılı formada əsaslandırılmış hüquqi rəylərini Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət etmişdir (http://www.supremecourt.gov.az/post/view/1418 ). Bu baxımdan Ali Məhkəmənin təşəbbüsünü yüksək qiymətləndirərək bu sahədə geniş təcrübəsi olan bir hüquqşünas kimi qaldırılan məsələ ilə bağlı hüquqi mövqeyimi diqqətinizə çatdırmağı zəruri hesab edirəm.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.