- Şirkətin fəaliyyəti ilə bağlı imzalanan bütün müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək
- Hüquqi sorğuların cavablandırılması
- Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək
- Dövlət orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıqda şirkəti təmsil etmək
- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi
- Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması
- Hüquqi məsələlərə dair danışıqlarda və görüşlərdə iştirak etmək
- Hüquqi rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak etmək
- İş qrafiki- I-V, 09:00-dan 18:00-dək
- Hüquq üzrə bakalavr dərəcəsi (maqistr dərəcəsi olanlara üstünlük veriləcək)
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Mülki, müqavilə, əmək və kommersiya hüququnu bilmək
- Microsoft Office proqramlarını bilmək
- Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək;
- Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı;
- Azərbaycan dilini sərbəst bilmək, rus dilini bilməsi arzu olunandır
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Hüquqşünas” qeyd edərək CV formasını manager.recruitret@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur.