Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22...
Böyük Britaniyanın məhkəmə sistemi. Səthi baxış.
Məhkəmə və tribunalların strukturu
Məhkəmələr
Böyük Britaniyanın Ali Məhkəməsi - yalnız apellyasiya qaydasında hüquqi məsələlər üzrə işlərə baxır.
Apellyasiya Məhkəməsi - apellyasiya qaydasında hüquqi məsələlər üzrə işlərə baxır. Cinayət və ya Mülki Kollegiyaları mövcuddur.
Yüksək Məhkəmə - Lord -Kansler, Kraliça Skamyası və Ailə Məhkəmə Kollegiyaları. Bu kollegiyalar həm digər məhkəmələrin apellyasiya instansiyasıdır, həm 1-ci instansiya qaydasında işlərə baxır.
Tac Məhkəməsi - ittiham aktı ilə təqib edilən və bəzi cinayət işləri üzrə Andlılar Məhkəməsi. Magistrat Məhkəməsinin İttiham hökm və qərarlarından verilmiş şikayətlərə baxır.
Magistrat Məhkəməsi - əksər cinayət və bəzi mülki işlərə baxır.
Qraflıq (Dairə) Məhkəməsi - əksər mülki işlərə baxır.
Ailə Məhkəməsi - əksər ailə işlərinə baxır.
Tribunallar
Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalı - Əmək Mübahisələri üzrə Tribunalının apellyasiya instansiyasıdır.
Əmək Mübahisələri üzrə Tribunal (İngiltərə və Uels; Şotlandiya) - əmək münasibətləri ilə bağlı işlərə baxır.
Yüxarı Səviyyəli Tribunal - Birinci Səviyyəli Tribunalın apellyasiya instansiyasıdır.
Birinci Səviyyəli Tribunal - İcra hakimiyyəti orqanlarının qərarlarından verilmiş şikayətlərə baxır.
Bu strukturun xaricində bir sıra başqa tribunallar var (misal üçün, Məktəbdən Çıxarılma Kollegiyası) - onlara aid qanunvericilik aktları onların apellyasiya instansiyalarını müəyyən edir.