Həyətdə maşın saxlamaq

Ramil Gachay's picture

Avtomobil sürücüləri tıxaclarla bərabər hər gün çox problemlərlə üzləşir, bu problemlərdən biri də parklanma yerin olmamasıdır (və ya sadəcə maşın üçün yer). İşdən qayıdarkən maşını harda saxlayım? Hamının böyük həyəti yoxdur ki, maşını istədiyin yerdə saxlayasan və hətta həyət geniş olduqda belə insanlar çalışırlar, qapıya mümkün qədər yaxın olsun (Qapını açan kimi maşına girək. Əziyyət çəkməyək). 

Maşın yeri tapmayan sürücülər narahat olurlar və bununla həm özlərinə, həm digərlərinə problem yaradırlar. Bəzi şəxslər həyətin torpağını öz şəxsi əmlak kimi qəbul edirlər. Məsələn, onlar müəyyən sahəni götürüb maşın nömrəsini yazırlar, ən ağıllılar isə hətta xüsusi qırmızı və ya narıncı  ayırıcı sütünlar qoyur. Yəni bu yer mənimdir və yalnız mən, bura öz maşınımı qoya bilərəm. 

İndi təsəvvür edək ki, həyətdə maşın sahiblərinin sayı, həyətdə maşın üçün nəzərdə tutulan yerlərdən daha çox oldu. Təbii ki, problemlər yaranacaq. Elə olur ki, maşın yiyələri yer üstündə əlbəyaxa davaya keçirlər və cəmiyyəti bu cür problemlər gərginlikdə saxlayır.

Təəssüflər olsun ki, bu məsələ Azərbaycanda yaxşı tənzimləmir. Əvvəllər bu qədər maşın yox idi, yer bol idi, ona görə də buna ehtiyac yox idi. İndi isə var.

Bir çox xarici ölkələrdə bu məsələ yaxşı tənzimlənir və onların təcrübəsindən biz istifadə edə bilərik. 

İlk növbədə maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlara izah olunmalıdır ki, həyət bütün sakinlərin istifadəsindədir və tək şəxs özbaşına hər hansı bir sahəni mənimsəyə bilməz. Daha sonra qaydalar tətbiq edilməlidir və bir şəxs üçün hər gün eyni bir yerdə maşınının saxlanması qadağan edilməlidir (müvafiq məsuliyyət qorxusu ilə). Maşınlar hər gün fərqli yerlərdə saxlanılmalıdır ki, insanlar buna öyrəşməlidir. Elə olsun ki, bir gün evinə yaxın saxladın, o biri gün bir az uzaq. Özü-özlüyündə bu problem deyil, amma insanlar qayda-qanun olmayanda sui-istifadələrə yol verirlər. 

Ümid edirəm ki, bizim qanunvericiləərdə bu məsələyə diqqət yetirər və tədbirlər görər. 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.