Kupça, mülk sənədi yoxsa Çıxarış?

Ramil Gachay's picture

Yəqin çoxlarınız adi ünsiyyətdə, reklamlarda və başqa yerlərdə "Kupça" sözü ilə raslaşırsınız. Bu söz dilimizə yatıb və onun əvəzi hələ də Azərbaycanda əhali tərəfindən qəbul olunmur. 

Hal-hazırda bu sözün əvəzi "Çıxarış"dır (tam adı - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış). Amma "Çıxarış" sənəd kimi, nə qədər vacib sənəd olsa belə, həmin sözün mənası insanlara heçnə demir. Nəyin çıxarışı? Nəyi çıxardıllar?

Belə bir reyestr var və orada bütün qanuni mülkiyyətçilərin daşınmaz əmlakları (burda: mənzillər, torpaqlar) qeydə alınır. Və həmin reyestrdən "Çıxarış" edirlər.

Və hətta izahı dinlədikdən sonra, belə adamlar çaş-baş qalırlar.  Bəlkə ona görə ki, bu söz ("Çıxarış") bir-çox insanlara mülkiyyət hüququnun əldə olunma hissini vermir.

Əgər deyilsəydi "mülk kağızı", "mülk sənədi" və yaxud ona oxşar bir söz və ya söz ifadəsi, onda bəlkə insanlar daha rahat olardı və həmin sənədin etibarlğına inanardı.

Bu cür yanaşma, ola bilsin səhvdir. Çünki mülkiyyət hüququnun əldə olunması çox vaxt alqı-satqı müqaviləsi vasitəsilə həyata keçirilir. Ona görə də əsas sənəd bu işdə - müqavilədir. Bu cür müqavilələr mütləq şəkildə notariat qaydada təsdiq olunmalıdır (Mülki Məcəllə m.m.139-1, 144). Belə bir Müqavilə notariat qaydada təsdqləndikdən sonra sahiblik və istifadə hüququnuz yaranır. Misal üçün həmin evdə yaşaya bilərsiniz, amma onu sata bilməzsiniz.

Satmaq üçün sərəncam hüququnuz olmalıdır. Bu hüququ əldə etmək üçün, "Çıxarış" almalısınız. Yəni sizin əmlakınız qeydiyyata alınmalıdır. Təsəvvür edin ki, yekə bir kitabdır və onu dövlət reyestri adladırıblar. Əgər sizin "Çıxarış"ınız varsa, deməli barənizdə məlumat o kitabda da var. 

Əgər məsələ sizə maraqlıdırsa ətraflı olaraq Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə qərarla tanış ola bilərsiniz. Bu Fərmanda isə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri Çıxarışın nümunəsinə baxa bilərsiniz və onun mənası ilə tanış ola bilərsiniz.

Amma yəqin ki, bu sənədin başlığında "Mülk kağızı" yazılsaydı bu sənədi korlamazdı. 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.