...
İXM-də belə bir maddə var: vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə 30 manat cərimə tətbiq oluna bilər (m.563). Amma bu maddə çoxlu problemlər yaradır. Qeydiyyata düşmək üçün mülkiyyətçinin notariat qaydada razılığı olmalıdır (kirayə müqaviləsi nəzərdə tutulsa da, istifadə olunmur) və qeydiyyatdan çıxarmaq üçün isə, adətən məhkəmənin qərarı olmalıdır (m.9 Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanun). Buna görə də evlərin yiyələri qeydiyyata almaqdan çox vaxt imtina edir. Yəni vətəndaş çıxılmaz vəziyyətdə qalır və polis bu vəziyyətdən sui-istifadə edib onları cərimələyir. Bu məsələ tənzimlənməlidir. Əgər mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınırsa, deməli onun ərizəsi ilə də çıxarılması mümkün olmalıdır (yazın qohumlar istisna kimi saxlanıla bilər). Qeydiyyat müddəti kirayə müqaviləsinin müddəti ilə də tənzimlənə bilər. Onda bu maddənin tətbiqi düzgün sayıla bilər.