Xəlil bəy Xasməmmədli Hacıbaba oğlu (1875-1947) başqa versiya (1873-1935) - hüquqşünas, Azərbaycanın siyasi və dövlət xadimi. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ədliyyə və daxili işlər naziri
Xəlil bəy Xasməmmədli 1875-ci ildə Gəncədə anadan olmuşdur. O, Moskva Universitetinin hüquq fakültəsini bitirib müstəntiq işləmişdir. Rusiyanın Dövlət Dumasının 2-ci və 3-cü çağırışın deputatı olmuşdur (Yelisavetpol, Bakı və İrevan quberniyaları tərəfindən).
Xəlil bəy bütün həyatı boyu "Azərbaycana muxtariyyət" amalı uğrunda mübarizə aparmış, onun ictimai-siyasi fəaliyyətinin ən coşqun dövrü Azərbaycan Cümhuriyyətinin təşəkkülü və dirçəlişi ilə bağlı idi. O, müstəqil hökumətin beş kabinetindən dördündə iştirak etmiş, iki dəfə ədliyyə naziri, iki dəfə daxili işlər naziri vəzifələrində işləmişdir.