“2023-cü il ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətində 186 intizam işinə baxılıb. 12 nəfər vəkilin fəaliyyəti, onların üzvlükdən azad...
2018-ci il ərzində nümunəvi xidmətlərinə, o cümlədən, ictimai asayişin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə əldə etdikləri nailiyyətlərə görə daxili işlər orqanlarının 15.715 əməkdaşı mükafatlandırılmışdır;
2018-ci il ərzində daxili işlər orqanları üzrə istər xidmətdə, istərsə də xidmətdən kənar vaxtlarda nizam-intizam qaydalarının, həmçinin, qanunçuluğun tələblərinin pozulması hallarına yol verdiklərinə görə 5103 nəfər əməkdaş cəzalandırılmışdır;
2018-ci il ərzində daxili işlər orqanları əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilməsi ilə bağlı 370 fakt qeydə alınmış, buna görə 487 nəfər əməkdaş müvafiq qaydada cəzalandırılmış, onlardan 92 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur;
O cümlədən, 2018-ci il ərzində polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı 297 fakt qeydə alınmış, bu cür neqativ hərəkətlərinə görə 400 nəfər əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 27 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur;
2018-ci il ərzində ümumilikdə, 296 nəfər əməkdaş mənfi motivlərlə, o cümlədən narkotik vasitələrdən qanunsuz istifadə etdiklərinə görə 20 nəfər, spirtli içkilərə aludəçilik etdiklərinə görə isə 10 nəfər əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur.