Abel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə cərimələndi

Ramil Gachay's picture

Prezident Aparatının keçmiş rəhbəri, AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən tanınmış şəxslər cərimə olunublar.

Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarını pozaraq təşkil etdiyi toy mərazisimində iştirak etdiklərinə görə cərimələniblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi tətbiq olunub, hər biri 400 manat məbləğdə cərimə edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev AMEA Prezidenti Ramiz Mehdiyevin nəvəsidir.

İlham Əliyev və onun qudası Rövşən Mustafayev ötən gün Abşeron rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə həbs olunublar.

https://teleqraf.com/

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.