...
ABŞ Ali Məhkəməsinə 9-cu hakim hələ də təyin olunmayıb. Yanvar ayında ölmüş hakim Scalia'nın yerinə heç kimi təyin edə bilmirlər, çünki Senatın Respublikaçı çoxluğu Prezident Obama'nın namizədinə razılığını vermir. Ali Məhkəmə işlərə 8-nəfərlik heyətlə baxmağa məcbur qalıb. Son iki işdə verilmiş qərarlarda hakimlərin səsləri bərabər bölünüb. Məntiqlə, '4:4'-lük bir durumun adı 'heç-heçə'dir.
İdmandan fərqli olaraq, məhkəmədə hakimlər heç-heçə elan edə bilməzlər. İş üzrə qərar verilməlidir. Amma qanunda belə durumla (məhkəmədə səslərin bərabər bölünməsilə) bağlı heç nə yazılmayıb. Tarixdə elə bir presedent də olmayıb. Bununla belə, məhkəmə iş üzrə qərar verməkdən imtina da edə bilməz. Kiminsə xeyrinə qərar verilməlidir.
Ali Məhkəmə qərara gəldi ki, məhkəmənin düşdüyü indiki (9-cu hakimin təyin oluna bilməməsi) vəziyyətində səslərin bərabər (4:4) bölünməsinin anlamı budur - iş iddiaçının xeyrinə həll olunmuş sayılır, amma belə qərar aşağı məhkəmələr üçün presedent sayıla bilməz (ad hoc qərardır - yalnız konkret işin tərəflərinə aiddir). Başqa sözlə, aşağı məhkəmələr Ali Məhkəmənin bərabər (4:4) səslə qəbul etdiyi qərarı oxşar işlər üzrə rəhbər tutmağa borclu deyillər.
P.S. ABŞ'da məhkəmələr, sözün doğru anlamında, hüququ yaradırlar (dəyişən vəziyyətlərə uyğunlaşdıra bilirlər). ABŞ həm də bunun hesabına belə güclü dövlət ola bilib.