AIJurium - это шотландская инициатива, посвящённая практическим вопросам права и управления искусственным интеллектом. Платформа публикует...
Almayida cinsi təcavüz və zorlamaya qarşı mübarizə haqqında Qanuna dəyişiklik etmişdir. Bundestaq onu səs çoxluğu ilə təsdiq etmişdir. Zorlama qurbanlarının "yox" demək və ya bildirmək, artıq məhkəmə iddiası üçün yetərli sayılır. Qadın - və ya bir kişi - indi verbal (və ya konkludent) şəkildə potensial təcavüzçünü rədd (cinsi əlaqədən imtina) etmək kifayətdir; təcavüz bundan sonra davam edərsə - bu zorlamada ittiham olunmaq üçün əsas sayılacaq.
Əvvəllər zorlamaya görə cəzalandırmaq üçün, cinayətin qurbanı mütləq müqavimət göstərməli idi, cinayətkar isə zor və ya hədə-qorxu tədbiq etməli idi. Bu maddənin olmaması yüzlərlə təcavüzçünün azadlıqda olmasına səbəb olmuşdur. Qeyd olunan qanun layihəsi Köln şəhərində qalmaqallı yeni il gecəsindən sonra üzə çıxmışdır, həmin gecə yüzlərlə qadın miqrantların seksual təcavüzünə məruz qalmışdır.
euronews.com