Almaniyada “Hüquqşünasların transformasiyası” üzrə 8-ci Qış Akademiyasına qəbul

Ramil Gachay's picture
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Hüquqşünasların transformasiyası” adı altında 20.02.2017 - 09.03.2017 tarixləri arasında Almaniya Federativ Respublikasında “8-ci Qış Akademiyası”na qəbulun açıldığını elan edir. Tədbirin məqsədi elmi, təcrübi abu-hava yaratmaqla iştirakçılar arasında intensiv peşə və məlumat mübadiləsinə imkan yaratmaqdır. Tədbir İngilis dilində olmaqla 21 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcəkdir. İştirakçılar Azərbaycan, Gürcüstan və Ermənistandan olacaqlar.
 İştirak üçün tələblər:
- müvafiq ali hüquq təhsili;
- iki illik iş təcrübəsi;
- 24-35 yaş arasında olmaq;
- xarici ölkələrin hüquq sistemlərinə marağın olması;
- İngilis dilini yaxşı səviyyədə bilmək.
Müraciət etmək istəyənlər 07.11.2016 tarixə kimi regionalacademy_caucasus@giz.de ünvana ərizə formasını və tədbirdən nə gözlədikləri ilə bağlı müşayiətedici məktub göndərməlidirlər.
Əlavə məlumat üçün daxil ola bilərsiniz.
 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.