Avropa Şurasının Bakıdakı ofisi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin birgə təşkilatçılığı ilə “Aktivlərin bərpası sahəsində qarşılıqlı hüquqi yardım” mövzusunda təlim keçirilmişdir.

Ramil Gachay's picture
Avropa Şurasının Bakıdakı ofisi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin birgə təşkilatçılığı ilə “Aktivlərin bərpası sahəsində qarşılıqlı hüquqi yardım” mövzusunda təlim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən uğurlu institusional və qanunvericilik islahatlarının və kompleks, hərtərəfli və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir ki,  Azərbaycan Respublikasının prokurorluq orqanları bu gün korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış mötəbər beynəlxalq qurumlarla səmərəli qarşılıqlı əməkdaşlığını uğurla davam etdirir. 

Cari ilin 31 oktyabr-1 noyabr tarixlərində Bakı şəhərində Avropa Şurasının Bakıdakı ofisi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə təşkilatçılığı ilə Avropa Şurası və Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsində “Aktivlərin bərpası sahəsində qarşılıqlı hüquqi yardım” mövzusunda təlim keçirilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq idarələrinin, Hərbi Prokurorluğun, Xarici İşlər və Ədliyyə nazirliklərinin, habelə Məhkəmə-Hüquq Şurası, Ədliyyə Akademiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinqi Xidmətinin  nümayəndələrinin iştirak etdiyi iki günlük tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev çıxış edərək korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulamaqla bu mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını qeyd etmiş, bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirmiş, təlim kursunun iştirakçılar üçün faydalı olacağından əminliyini ifadə etmişdir.

Daha sonra Avropa Şurasının eksperti Arvinder Sambei  tərəfindən aktivlərin bərpası sahəsində qarşılıqlı hüquqi yardımın əsasları və tətbiqi, bu sahədə instusional çərçivə və qabaqlayıcı tədbirlər, əmlakın müəyyən edilməsi və izlənilməsi, habelə qarşılıqlı hüquqi yardımın hüquqi və praktiki tərəfləri barədə təqdimatlar edilmişdir.

Qarşılıqlı müzakirə formatında baş tutan tədbirdə mövzu ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə icra edilmiş, iştirakçıları maraqlandıran suallar ətraflı müzakirə edilmişdir.

http://www.genprosecutor.gov.az/

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.