Axtarışda olan 225 nəfərin yeri müəyyənləşdirilib

Ramil Gachay's picture

Bu ilin 9 ayında Azərbaycanda daxili işlər orqanları əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə axtarılan şəxslərin 65,4 faizi tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu noyabrın 8-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə nazirlikdə keçirilən geniş Kollegiya iclasında Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Arzu Daşdəmirov deyib.

O qeyd edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq göstərici 3,3 faiz yaxşılaşıb. Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilib tutulması məqsədilə MDB-yə üzv ölkələrə əməliyyat qrupları göndərilib və nəticədə respublikadan kənarda olan 35, eləcə də MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 190 nəfərin yeri müəyyən edilib.

Ötən müddətdə itkin düşmüş şəxslərin 71,1 faizinin yeri müəyyən edilib. Müvafiq sahədə fəaliyyətin nəticələri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz yaxşılaşıb.

http://www.trend.az/

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.