...
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” proqramı 13 İyul 2017-ci il tarixində Quba rayonu və 14 İyul 2017-ci il tarixində Qusar rayonu yerli icra hakimiyyəti orqanları, eləcə də bələdiyyələrin nümayəndələri üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələlərinə həsr olunmuş seminar keçirmişdir. Seminarda əsas expert qismində Azərbaycan Respublikası Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsinin müdir müavini cənab Səyyad Kərimov çıxış etmişdir.